Sonda evinin pişiyindən ümid uman “kişi”

28 Noyabr 2021 01:40 (UTC+04:00)

“...Baş nazir Nikol Paşinyanın Ermənistanda Azərbaycan ərazilərinin olması ilə bağlı açıqlaması ciddi narahatlıq doğurur”.

Qeyd edim ki, bunu “erməni şərəlisi”, yəni “Şərəfim var” fraksiyasının üzvü deputat Taquhi Tovmasyan deyib.

Qadın deputatın sözlərinə görə, Ermənistan hakimiyyətinin heç bir hüquqi əsası olmayan belə bəyanatlar verməsi cəfəngiyyatdır. Söhbət hansı ərazilərdən, hansı xəritələrdən gedir, onları kim görüb, hüquqi əsaslar varmı? Erməni deputata görə, bu suallara hələ də cavab yoxdur. “...Bu gün Azərbaycan öz şərtlərini diktə edir və Ermənistan da günahkar tərəf kimi boyun əyir”. Bu da Taquhi Tovmasyanın etirafıdır.

Bu gündən siyasi qüvvələrlə danışıqlara başlayıb onları birliyə çağıracağını bildlrın 5165 hərəkatının rəhbəri Karin Tonoyan isə artıq bəzi görüşlər keçirdiyini bildirib.

“...Mən ruhani liderlərə də müraciət edirəm. Mən səndən xahiş və tələb edirəm, çıxıb xalqına rəhbərlik et. Sabah sizinlə görüşə gələcəyik, ruhani atalar. Siz də bizə qoşulacaqsınız. Biz Erməni Birlik Ordumuzu elə burada təşkil edirik, əyalətlərdən yan keçib, birlikdə geri qayıdırıq”. Burada necə deyərlər, “...qolunuza çöpdən dirək”.

Amma deyim ki, sizin bu etdiyiniz canfəşanlığınız yadıma Saratovda hərbi xidmətdə olarkən baxdığım teatr tamaşasındakı bir səhnəciyi yadıma saldı.

Belə ki, həmən səhnəcikdə hər gün evə sərxoş gələn kişiyə bir gün evdəkilərin heç biri qapı açmır. Evdəki həyat yoldaşı və uşaqlarını bir-bir adlarıyla çağırıb onlardan qapını açmalarını təvəqqe edən “evin kişisi” onlardan kar aşmadığını görüb, sonuncu ümid yeri kimi, evin pişiyinə səslənib ondan qapını açmasını “xahiş edir”.

...Deyəsən, əksəriyyətinin dünəni qaranlıq olan etməni ruhanilərin yenidən “təşkilatlanmaya” çağrılacaqlarından danışırdıq axı...

...Amma deyim ki, indi boylanıb qatar arxsınca baxmağın heç yeri yoxdur.

Ağasəf Babayev