Koronavirusla bağlı yenidən məhdudiyyətlər

28 Noyabr 2021 01:13 (UTC+04:00)

Böyük Britaniyada koronavirusla bağlı yenidən bir sıra məhdudiyyətlər tətbiq edilməyə başlanacaq

SİA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Baş nazir Boris Conson mətbuat konfransında bildirib

O, qeyd edib ki, Britaniyaya səyahət edən bütün şəxslər ilk iki gün ərzində PCR testi verməli və mənfi cavab alana qədər özlərini təcrid etməlidir.

Bundan əlavə, ictimai nəqliyyatlarda və ticarət mərkəzlərində maska taxmaq yenidən məcburi olacaq.

Qeyd edək ki, məhdudiyyətlərə səbəb ötən gün Britaniyada koronavirusun yeni ştammı olan “Omikron”a iki yoluxma halının qeydə alınmasıdır.