Rusiya Ermənistana müəyyən qədər təsir göstərməyə çalışır

27 Noyabr 2021 15:21 (UTC+04:00)

"Ümumiyyətlə, Soçi görüşündə nəqliyyatın və kommunikasiya əlaqələrin bərpası, delimitasiya, demarkasiya prosesinin həyata keçirilməsi kimi məsələlərdə razılığa gəlinib. Bu barədə bəyannamə imzalanıb". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Məhəmməd Əsədullazadə bu barədə fikirlərini belə izah edib: "İlin axırına qədər bu məsələlər ətrafında ciddi irəliləyişlər olmalıdır. Putinin bir neçə dəfə dəhliz sözünü işlətməsi 10 noyabr bəyannaməsinin nəqliyyat vasitələrinin açılması və bu yola Rusiya Federal təhlükəsizlik xidmətinin nəzarət etməsi haqqındakı 9-cu maddəyə uyğundur. Əgər bu yola Ermənistan yox, Rusiya Federal təhlükəsizlik xidməti nəzarət edəcəksə, bu oranın dəhliz olması mənasını daşıyır. Burada Ermənistanın gömrük və ya digər fitosanitar bölməsi olmur. Ona görə də, Rusiya bu məsələni ələ almağa və Ermənistana müyyən qədər təsir göstərməyə çalışır. Görünür, Rusiyanın özü bu məsələdə maraqlıdır".