DİN 50 işçi axtarır

27 Noyabr 2021 14:26 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) respublikanın şəhər, rayon polis orqanlarında, Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir. DİN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cəmi 50 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında aparılır. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbixidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış(ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "AzərbaycanRespublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"də müəyyənolunmuş şərtlərə cavab verən AzərbaycanRespublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqə qaliblərinin təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər NazirliyininBakı, Sumqayıt şəhərlərində və Abşeronrayonunda yerləşən polis orqanlarına 5 ilmüddətində dəyişdirilməyəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci il noyabr ayının 27-dən dekabr ayının 27-dək http://www.mia.gov.az/index.php?/az/content/29799/ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.azünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet;

- əmək kitabçası (olanlar üçün);

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlərorqanları əməkdaşları üçün müəyyən olunmuşnormativlər üzrə yoxlanılır.

«Daxili işlər orqanlarında xidmətə qəbulolunmaq üçün namizədlərlə müsabiqəninkeçirilməsi Qaydaları», test imtahanınınproqramları və fiziki hazırlıq üzrə ödəniləcəknormativlər Daxili İşlər Nazirliyininwww.mia.gov.az ünvanlı vebsaytındayerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-93-51;

(012) 590-97-42;

(012) 590-92-37;

(012) 590-92-21;

(012) 590-93-64;

(012) 590-95-23.