Yaponiya hərbi xərcləri artıracaq

27 Noyabr 2021 14:02 (UTC+04:00)

Yaponiya baş naziri Kişida Quru Özünümüdafiə Qüvvələrinə (QSDF) aid olan Asaka Bazasına səfəri zamanı etdiyi çıxışda ölkəsinin ətrafında təhlükəsizlik vəziyyətinin heç vaxt olmadığı qədər dəyişdiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çinin hərbi fəaliyyətləri və Şimali Koreyanın raket texnologiyalarını inkişaf etdirməsindən narahat olduqlarını qeyd edən Kişida "Elmi fantastika romanlarında istifadə olunan şeylər günümüzün reallıqlarıdır" - deyə qeyd edib. Pxenyanın hədələyici sınaqlarının Birləşmiş Millətlər Təşkilatının qərarlarına zidd olduğunu ifadə edən Kişida "Şimali Koreyanın hipersəs silahları və nizamsız orbital raketlər kimi yeni texnologiyalar inkişaf etdirməsinə göz yuma bilmərik"- deyə əlavə edib. Kişida həmçinin qeyd edib ki, Çin “adekvat şəffaflığa əl atmadan” hərbi potensialını gücləndirib və “bölgədəki status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdləri başladıb”.

Ölkəsinin hərbi güc siyasətinə yenidən baxacağı siqnalını verən Kişida hökumətə “Milli Təhlükəsizlik Strategiyası” və “Ortamüddətli Müdafiə Proqramı”nın yenilənməsi üçün hazırlıq işləri görməyə göstəriş verdiyini bildirib. Yaponiyanın hərbi strukturunun gücləndiriləcəyini deyən Kişida bu kontekstdə “SDQ-nin düşmən bazalarını vurma qabiliyyətinə çatması da daxil olmaqla” bütün variantların dəyərləndiriləcəyini bildirib. Ölkəsinin “hərbi xərclərini ikiqat artırmaq siyasətinə” açıq olduğunu qeyd edən Kişida xalqın həyatını qorumaq üçün “sakit və real müzakirələr” aparacaqlarını bildirib.