Koronavirusa görə gecə klubları bağlanır

27 Noyabr 2021 13:22 (UTC+04:00)

Belçikada son həftələrdə artan koronavirus yoluxmalarının sayı əlavə tədbirlər görülməsinə səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Belçika hökumətinin gecə klublarının bağlanması ilə bağlı qərar verəcəyi gözlənilir.

Tədbirlərdə yoluxma sayının azaldılması üçün toylara maksimum 50 qonağın buraxılması, kino, teatr kimi fəaliyyətlərdə maska ​​tələbi, maksimum 5 nəfərdən ibarət qrupların toplanması, distant işə keçid kimi təkliflər də səslənib.