Meksikada yol qəzası baş verib.

27 Noyabr 2021 13:04 (UTC+04:00)

Meksikanın Joquicingo əyalətində əyləci xarab olan sərnişin avtobusu evə çırpılıb. SİA xarici mətbuata istinadən bildirir ki, hadisə nəticəsində çoxu uşaq olmaqla 19 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Hadisə yerinə xilasetmə qrupları cəlb olunub. Çoxu qadın və uşaq olmaqla yaralananlar xəstəxanaya aparılıb.