Qardaşının evindən oğurluq edən şəxs saxlanılıb

27 Noyabr 2021 11:51 (UTC+04:00)

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.