İlk dəfə xəstəyə rəqəmsal 3D protez göz quraşdırılıb

27 Noyabr 2021 11:32 (UTC+04:00)

Dünyada ilk dəfə olaraq Londondakı Moorfields Göz Xəstəxanasında xəstəyə 3D göz protezi quraşdırılıb. SİA xarici mətbuata istinadən bildirir ki, Stiv Varze dünyada 3D göz protezi ilk insan olub.

Xəstənin protezə uyğunlaşması üçün tələb olunan müddətin yarıya, 6 həftədən 3 həftəyə endirilməsi gözlənilir. Ənənəvi protez qoyulub boyanmazdan əvvəl xəstə göz yuvalarını formalaşdırmaq üçün 2 saatlıq seansdan keçməlidir.