Ərdoğan Türkmənistana səfər edəcək

27 Noyabr 2021 10:18 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının 15-ci sammitində iştirak etmək üçün bu gün Türkmənistana səfərə yollanacaq. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bilbidiriblər.

Məlumata əsasən, T.Ərdoğanın ikigünlük səfəri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində Türkiyə və Türkmənistan liderləri iki ölkə arasında münasibətləri nəzərdən keçirəcəklər və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını müzakirə edəcəklər. Tərəflər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Noyabrı 28-i Türkiyə Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.