Belçikada dəhşətli qətl baş verib

27 Noyabr 2021 09:59 (UTC+04:00)

Belçikada iki uşaq atası Yunus Çalık dəhşətli qətlin qurbanı olub. SİA xarici mətbuata istinadən bildirir ki, 11 nəfər hücum edib. Başından ağır zərbələr alan afyonlu gənc həyatını itirib. Belçikada anadan olan və Aalst şəhərində yaşayan Yunus Çalık iş yoldaşı Mehmet Dumanlı ilə gecə evə qayıdarkən 6 nəfərlik qrup onlara hücum edib. Daha sonra 5 nəfər də qoşularaq gənclərə hücum ediblər. Dumanlı hücum edənlərdən qaçmağı bacarsa da, Çalık hücum edənlərin arasında qalıb. Polşa və Rumın olduqları bildirilən hücumçular qısa müddətdə tutulsa da, sorğu-sual edildikdən sonra sərbəst buraxılıblar.