Xəzərdə zəlzələ qeydə alınıb

27 Noyabr 2021 08:58 (UTC+04:00)

Noyabrın 27-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 03:44-də qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

SİA xəbər verir ki, zəlzələnin maqnitudası 3,4-ə bərabər olub.