8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir

27 Noyabr 2021 07:20 (UTC+04:00)

Noyabrın 29-dan Afrikanın 8 ölkəsinin vətəndaşları üçün ABŞ-a giriş qadağan ediləcək.

SİA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Cozef Baydenin administrasiyasındakı yüksəkvəzifəli mənbəyə istinadən "CNBC" telekanalı xəbər yayıb

Məlumata əsasən, qadağa koronavirusun "omikron" adı almış yeni ştammı ilə bağlıdır və CAR, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavi vətəndaşlarına şamil edirilir.