Bayden pandemiyanın bitmə vaxtını açıqlayıb

27 Noyabr 2021 05:59 (UTC+04:00)

Pandemiya bütün dünyada peyvənd edilməyincə bitməyəcək.

SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

"Gələn həftə Ümumdünya Ticarət Təşkilatının toplantısında iştirak edəcək ölkələri COVID-19 peyvəndləri üçün əqli mülkiyyətin qorunmasından uzaqlaşmağa çağırıram. Peyvəndlər qlobal miqyasda istehsal olunmalıdır", - ABŞ Prezidenti vurğulayıb.