Makron BƏƏ, Qətər və Səudiyyəyə səfər edəcək

27 Noyabr 2021 05:25 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək.

SİA-nın məlumatına görə, bu barədə Yelisey Sarayından bildiriblər.

Məlumata əsasən, frasız liderin səfəri 3-4 dekabr tarixlərində baş tutacaq.

Qeyd edilir ki, səfərlə əlaqədar ətraflı açıqlama daha sonra veriləcək.