Afrikadan Niderlanda gələnlərdə koronavirus aşkarlanıb

27 Noyabr 2021 04:59 (UTC+04:00)

Cənubi Afrikadan Niderlanda təyyarə ilə gələn azı 15 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. SİA bu barədə TASS”a istinad edir.

Belə ki, təyyarənin göyərtəsində 600-dən çox sərnişin olub və onların hamısı COVID-19 üçün analiz veriblər. Kennemerland vilayətinin səhiyyə xidməti bildirib ki, indiyədək 110 analiz götürülüb, onlardan 15-i müsbət çıxıb. Sərnişinlərin koronavirusun hansı ştammına yoluxduqları açıqlanmır.

Mütəxəssislər hesab edir ki, hava gəmisində olan sərnişinlərin sayı nəzərə alınsa azı 85 nəfərin koronavirus testinin cavabı müsbət olacaq.

Qeyd edək ki, artıq Niderland omikron ştammına görə Afrikanın cənubunda olan ölkələrdən uçuşları dayandırıb.