480-dən çox qanunsuz miqrant xilas edilib

27 Noyabr 2021 04:49 (UTC+04:00)

Tunisin cənub-şərqində yerləşən Kerkenna adalar qrupunun sahillərində 13-ü qadın və 93-ü uşaq olmaqla, 487 qanunsuz miqrant xilas edilib.

SİA xəbər verir ki, Sfaks limanına gətirilən miqrantlardan 162-si Misir, 104-ü Banqladeş, 81-i Suriya, 78-i Mərakeş, 13-ü Efiopiya, 49-u isə digər Afrika ölkələrindəndir.

Xilas edilən bütün miqrantlar Tunis Milli Qvardiyasına təhvil verilib.

Tunis və Liviya Afrika qitəsindən Avropaya getmək istəyən qanunsuz miqrantların əsas marşrutlarıdır.