ABŞ səkkiz ölkə ilə uçuşları dayandıracaq

27 Noyabr 2021 01:14 (UTC+04:00)

ABŞ yeni növ koronavirusa görə Cənubi Afrika Respublikası və daha 7 ölkə ilə hava nəqliyyatını dayandıracaq.

SİA xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

Qadağa noyabrın 29-dan qüvvəyə minir.

Beləliklə, yeni məhdudiyyətlər Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə təsir edəcək.

Qərar Bayden administrasiyasının dünyanın 30-dan çox ölkəsindən gələn ziyarətçilərin səyahət məhdudiyyətlərini aradan qaldırmasından üç həftədən az bir müddət sonra verilib.