...Ailəsi tərəfindən nə qədər qız və qadın öldürülür?

27 Noyabr 2021 00:55 (UTC+04:00)

Dünya üzrə hər 11 dəqiqədə bir qız və ya qadın ailəsindən biri tərəfindən öldürülür.

SİA xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Narkotika və Cinayət İşləri üzrə Mərkəzin (UNODC) rəhbəri Qada Fəthi Vali (Ghada Fathi Waly) Qadına Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar paylaşdığı hesabatda artan ailəiçi şiddət və yeni tip koronavirus (Covid-19) epidemiyası ilə bağlı qadın geriləməsinə diqqət çəkib.

UNODC hesabatına görə, 2020-ci ildə dünya üzrə 47 min qız və ya qadın həyat yoldaşı və ya yaxınlarından biri tərəfindən öldürülür.

Dünya üzrə qadın cinayətlərinin beşdə biri ailəiçi şiddətlə əlaqədardır. Ailədə qurbanların 58 faizi qız və qadınlardan ibarətdir.

“Covid-19” epidemiyası üzündən qadın haqları da çox geri plana atılıb. Xüsusilə, şiddətə məruz qalan qadınlar bu zaman haqlarını aramaq və ya ehtiyac duyduqları dəstəyi almaqda ciddi çətinliklərlə qarşılaşıblar.

Q.F.Vali BMT-nin üzv ölkələrinə ictimai cinayət sayılan zorakılığın qarşısının alınması üçün təsirli qoruma tədbirlərinin həyata keçirilməsində əməkdaşlığa çağırıb.