Almaniya Bundestaqına sonuncu seçkilərdə qalib gəlmiş üç partiya – Sosial Demokratlar (SPD), Azad Demokratlar (FDP) və Yaşıllar partiyaları AFR-in yeni koalisiya hökumətinin formalaşması barədə razılıq əldə ediblər. Bu üç siyasi qüvvənin koalisiyasını həmin partiyaların simvolikalarının rənglərinə görə bəzən “svetofor” adlandırırlar.
SİA xəbər verir ki, əldə edilmiş razılaşmanın nəticələri üç partiyanın hər birində səsverməyə çıxarılacaq. Gözlənildiyinə görə, səsvermə yaxın 10 gün ərzində keçiriləcək.
Hansı məsələlər səsə qoyulacaq?
Almaniyada ikili vətəndaşlıq və müddətsiz qeydiyyatda olmaq imkanı asanlaşdırılacaq, müsəlmanlara aid ibadətxanalarda qoruma dəstəyi olacaq.
Razılığa görə, Almaniyada xarici valideynlərdən doğan uşaqların valideynlərindən birinin beş ildir Almaniyada qanuni olaraq qeydiyatda olması şərti ilə Almaniya vətəndaşlığı ala biləcək.
Almaniyaya gedən ilk nəsil qonaq işçi qurşağından vətəndaşlıq üçün istənilən dil şərti səviyyəsi aşağı salınacaq və onların da vətəndaşlığa alınması asanlaşdırılacaq.
Almaniyadakı müsəlmanların xüsusiyyətləri nəzərə alınaraq müsəlman həyatının müxtəlifliyi və gənclik dərnəkləri dəstəklənəcək.
Müsəlmanlara və təşkilatlarına qarşı artan təhdidə qarşı əhatəli qoruma, tədbir görmə, dini cəmiyyətlər arasında əməkdaşlığa təşviq ediləcək.
Minimum məvacib saat başına 12 avroya çıxardılacaq.
Seçkilər üçün yaş həddi 16-ya endiriləcək.
Böyük şəhərlərdə yaşanan ev problemi həll olunacaq. Belə ki, yeni hökumət ildə 400 min bina tikməyi və kirayə artımlarını dayandırmağı düşünür.
Razılaşmada bunlar da qeyd olunur:
AFR-in yeni kansleri sosialistlərin lideri Olaf Şolts koalisiya protokolunu tanıtmaq üçün paytaxt Berlində mətbuat konfransı təşkil edib. Koalisiya ortağı partiyaların simvolik rənglərinə görə (qırmızı-sarı-yaşıl) "Svetafor lampası koalisiyası" adlandırılan yeni hökumət üçün parlamentdə svetafor lampası qurulub.
Xatırladaq ki, hazırkı kansler Angela Merkel federal hökumətə 16 il rəhbərlik edib. Son seçkilər ərəfəsində o, beşinci dəfə həmin vəzifə uğrunda mübarizə aparmaq niyyətində olmadığını elan edib. Merkelin başçılıq etdiyi XDİ (Xristian Demokratlar İttifaqı) partiyası seçkilərdə ikinci yeri tutub. İndi bu partiya Bundestaqda müxalifət fraksiyası olacaq.