Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin oyunçusu müəyyənləşib. SİA xəbər verir ki, bu ada Lion “Olimpik”indən (Fransa) Rayan Çerki layiq görülüb.

O, səfərdə “Brondbü”yə (Danimarka) 3:1 hesabıyla qalib gəldikləri oyunda dubla imza atıb.

Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Bayer”dən (Almaniya) Robert Andrix, “Spartak”dan (Moskva, Rusiya) Aleksandr Sobolyev və “Reyncers”dən (Şotlandiya) Alfredo Morelos da namizəd idi.