Avstraliyada pişiklərə qadağa qoyulub

26 Noyabr 2021 21:59 (UTC+04:00)

Qadağa Viktoriya, Cənubi Avstraliya və paytaxt ərazilərində bütün gün qüvvədədir.

SİA xəbər verir ki, bəzi bölgələrdə isə yalnız gecə saatlarında tətbiq olunacaq. Pişiklər yalnız sahiblərinin evlərinin hüdudları daxilində sərbəst gəzə biləcəklər.

Qəbul edilən qərara əsasən, küçəyə çıxan pişiklər toplanacaq. Sahibləri 125 Avstraliya dolları məbləğində cərimə ödəməklə pişiklərini geri ala biləcəklər.

Heyvansevərlər qərarın əleyhinə olsalar da, səlahiyyətlilər heyvanlara məhdudiyyət qoyulduğunu düşünmür.

Qərar yerli vəhşi təbiəti qorumaq və qonşuluq münasibətlərini yaxşılaşdırmaq məqsədi daşıyır.

Avstraliyada 3 milyon 800 min ev pişiyi var.

Bu pişiklərin hər gün 1 milyon 200 min quş öldürdüyü bildirilir.