Qanun layihəsi üçüncü oxunuşda parlamentə tövsiyə edilib

26 Noyabr 2021 17:44 (UTC+04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, toplantının gündəliyinə 16 məsələ daxil edilib.

Müzakirələrdən sonra deputatlar “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Toplan “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında”, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlara, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihələrinin üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.