Rusiya hökuməti yanında Maliyyə Universitetinin Sosial Elmlər və Kütləvi Kommunikasiyalar fakültəsinin dekanı Aleksandr Şatilov “Caliber” analitik mərkəzinə müsahibəsində maraqlı məqamlara toxunub Müsahibəni təqdim edirik.
- Aleksandr Borisoviç, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli danışıqlar başlayır. Bu görüşdən sonra bir irəliləyiş gözləmək lazımdırmı?
- Mənə elə gəlir ki, bu danışıqlarda yekun həll demək olar ki, mümkün deyil. Fakt budur ki, Ermənistanın hazırkı rəhbərliyi çox ağır siyasi və sosial-iqtisadi vəziyyətdədir, ona görə də “Dağlıq Qarabağ”ın “təslim edilməsi” onun üçün intihara bərabərdir.
Üstəlik, 2020-ci il məğlubiyyətlərinin şokundan bir qədər çıxmış Paşinyanın komandası aparıcı geosiyasi oyunçuların (Rusiya, ABŞ, Fransa) ziddiyyətləri üzərində kifayət qədər məharətlə oynayır.
Eyni zamanda, erməni elitası ona ümid edir ki, nə Rusiya, nə də Qərb Qarabağ məsələsinin qəti həllində maraqlı olmamalıdır, çünki bu, Türkiyənin Cənubi Qafqazda mövqeyini xeyli gücləndirəcək.
- Ermənistan Zəngəzur dəhlizinin açılmasına niyə mane olur?
- Mənə elə gəlir ki, erməni tərəfi Zəngəzur dəhlizi problemini Laçın dəhlizi problemi ilə əlaqələndirməyə çalışır. Və istisna deyil ki, məhz bu məsələdə Bakı ilə İrəvan arasında müəyyən qarşılıqlı güzəştlərin olması mümkündür.
- Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün vasitəçi kimi Rusiyaya ümid edir. Bu, Moskvanın maraqlarına nə dərəcədə uyğundur?
- Rusiya ənənəvi olaraq (1990-cı illərin əvvəllərindən) Ermənistan tərəfdən Qarabağ məsələsinin kuratoru hesab olunur. Ona görə də İrəvanın vasitəçi kimi Moskvaya üz tutması tamamilə təbiidir. Baxmayaraq ki, təbii ki, Rusiya Federasiyası üçün belə bir rol müəyyən başağrısıdır, çünki o, həm Ermənistan, həm də Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Bundan əlavə, Qarabağ problem onun Türkiyə ilə Suriya məsələsində ilə qarşılıqlı əlaqəsini çətinləşdirir. Bundan başqa, Rusiya Paşinyan komandasından heç bir xüsusi minnətdarlıq almır, üstəlik, çox vaxt Ermənistan rəhbərliyi erməni cəmiyyətinin qəzəbini özündən yayındırmaq üçün Moskvanın xəyanətindən danışır.
- İrəvandakı anti-Rusiya isteriyasını nəzərdə tutursunuz?
- O cümlədən. Fikrimcə, Ermənistanda və daha geniş mənada, erməni cəmiyyətində (Rusiya Federasiyası daxilindəki diaspora da daxil olmaqla) anti-Rusiya əhval-ruhiyyəsi Qərbin təsir agentləri (məsələn, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan) tərəfindən fəal şəkildə qızışdırılır. Eyni zamanda, onları indiki İrəvan administrasiyasının dövlət xadimləri də səsləndirir, onlar üçün oxları Moskvaya çevirmək daha asandır. Ermənistan cəmiyyətində isə çoxları buna inanır ki, bu da Rusiya Federasiyası rəhbərliyinin Ermənistan rəhbərliyi ilə qarşılıqlı fəaliyyətində əlavə çətinliklər yaradır.
Tərcümə - Elçin Bayramlı