Metal qırıntılarını oğurlamağa cəhd göstərənlər saxlanılıb

26 Noyabr 2021 12:34 (UTC+04:00)

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 23-də Biləcəri dəmir yolu çeşidləmə məntəqəsinin ərazisindən 1,1 ton metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini T.Şıxıyev və Sumqayıt şəhər sakini Ş.Sadıqov saxlanılıblar. DİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, davam etdirilən tədbirlərlə qrupun digər üzvləri - oranın işçiləri, Bakı şəhər sakini C.Xudiyev, Mingəçevir şəhər sakini İ.Səfərov və Zəngilan rayon sakini O.Ağayev də müəyyən edilərək saxlanılıblar.