Ötən ay 731,5 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

26 Noyabr 2021 11:59 (UTC+04:00)

Oktyabrda dəniz limanlarında 731,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, yüklərin 720,1 min tonunu tranzit yükləri təşkil edib.

Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 1700 nəfər olub.