Günahsız yerə 16 il həbs yatdı

26 Noyabr 2021 11:50 (UTC+04:00)

ABŞ-da təcavüz iddiası ilə həbs edilən məhkum Entoni Brodvooter 16 il həbs yatdıqdan sonra məsum olduğu müəyyən edilib. SİA xarici mətbuata istinadən bildirir ki, o, 1981-ci ildə ABŞ-da Alice Seboldu adlı qadını zorlamaqda təqsirli bilinib. Sebold 18 yaşında təzəcavüzə uğradıqdan 5 ay sonra küçədə gördüyü Brodvooteri günahlandırıb. Şəxsi detektiv Den Myersə müraciət edildikdən sonra Entoninin günahsız olduğu təsdiqlənib.