Prezident İlham Əliyev Soçi şəhərinə işgüzar səfərə gəlib - FOTO

26 Noyabr 2021 11:57 (UTC+04:00)

Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyanın Soçi şəhərinə işgüzar səfərə gəlib. SİA-nın verdiyi məlumata görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.