26,4 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb

26 Noyabr 2021 10:55 (UTC+04:00)

Yanvar-oktyabr aylarında Azərbaycanda 28 milyon 779 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 35,7 milyard kubmetrdən çox təbii qaz hasil olunub. Həmin həcmdən 26 milyard 427 milyon kubmetr əmtəəlik təbii qaz alınıb. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, 10 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,5 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 1,6 faiz artıb.

Ölkədə əmtəəlik neft istehsalı 0,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 22 faiz artıb.