Polis əməkdaşlarının şok yazışmaları ortaya çıxıb

26 Noyabr 2021 10:14 (UTC+04:00)

Almaniyanın Köln şəhərində zorakılıq nəticəsində 1 nəfərin ölümünə səbəb olmaqda şübhəli bilinən polis əməkdaşlarının şok yazışmaları ortaya çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yazışmalarda “Dünən bir türkü təpiklədim, sizə fotolarını göndərəcəm” kimi ifadələr yer alıb.