Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının səmərəliliyini davamlı etməliyik

26 Noyabr 2021 10:03 (UTC+04:00)

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda dövlət quruculuğu istiqamətində ardıcıl işlər görülmüşdür. Bu gün ölkəmizdə iqtisadiyyatın ağardılması istiqamətində, eləcə də davamlı iqtisadi inkişaf modelini xarakterizə edən rəqəmsallaşmanı, habelə innovasiyanı tətbiq etməklə Azərbaycan postpandemiya və postmüharibə dövründə yeni bir mərhələyə qədəm qoymuşdur.

2018-ci il Prezident seçkilərindən sonra Prezident İlham Əliyev tərəfindən elan olunmuş və ardıcıllıqla icra edilən iqtisadi islahatlar kontekstində çoxvektorlu iqtisadi siyasət həyata keçirilməkdədir.Bu gün müzakirədə olan və hökumətin diqqət yetirdiyi prioritet sahələrdən biri iqtisadi subyektlərin qorunması, iqtisadiyyatın ağardılması və rəqəmsallaşmasıdır.

2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar ölkədə böyük müəssisələr və iqtisadi infrastruktur formalaşdırmışdır. Son illərdə istifadəyə verilən yeni sənaye parklarının əsas hədəfi daxili istehsalın artımına, əhalinin istehlak mallarına olan tələbatının qismən ödənilməsinə yönəlmişdir.

Nəzərə alsaq ki, bu gün dünya bazarında sürətli inflyasiya müşahidə olunur və bu inflyasiya özünü hətta güclü iqtisadiyyata malik qardaş Türkiyə Respublikasında da ciddi şəkildə göstərməkdədir, mövcud şərait ölkəmizdən də təsirsiz ötüşməyəcəkdir.

Hökumətin apardığı düzgün və uğurlu monetar siyasətlə yanaşı, bundan sonra da ölkədə manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsinin əlverişli makroiqtisadi mühitdə sabit vəziyyətdə qalması və bu sabitliyi qoruyub saxlamaq üçün mövcud maliyyə ehtiyatlarının həcminin artırılması məqsədəmüvafiq olacaqdır.
Nəzərə alaraq ki, 2021-ci il üçün ölkənin tədiyyə balansı qənaətbəxşdir, lakin, istehsalın kifayət qədər olmaması ixraca da öz təsirini göstərdiyindən xarici valyutanın ölkəyə axınında müəyyən azalma müşahidə olunmaqdadır.

Bu baxımdan kənd təsərrüfatı məhsullarının, yüngül sənayenin və istehsal həcminin artırılmasıüçün görüləcək tədbirlərin“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində də həyata keçirilməsi əlavə olaraq ölkə iqtisadiyyatının dayanıqlılığının təmin olunmasına kömək edir.

Onu da qeyd edim ki, regionların inkişafı, habelə əhalininn həyat şəraitinin daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən başlayaraqdördDövlət Proqramı icra olunmaqdadır və 2019-2023-cü illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nınuğurlu icrası təmin olunmalıdır.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən həyata keçirilmiş Dövlət Proqramlarında təqribən 90 mlrd. manat maliyyə vəsaiti investisiya xərclərinə yönəldilmişdir ki, bu da ölkə iqtisadiyyatının daha yaxşı inkişafını nəzərdə tutur. Lakin, xüsusilə də su, qaz, işıq, yol infrastrukturarının yaradılması istiqamətində hələ də tamamlanmasına ehtiyac olan məsələlərin həll olunması bu günün reallığına çevrilmişdir.

Əsasən də hal-hazırda kəndlərimizdə kəndlərarası yolların salınması, köhnəlmiş işıq naqilləri, dirəklərinin yenilənməsi, yerli icra hakimiyyəti nümayəndəliklərinin kəndlərdə inzibati binalarının təmir olunması və yaxud yenilənməsindəicra olunan Dövlət Proqramında maliyyələşməsinə ehtiyac duyulur. Bu bəzən həyata keçirilən Dövlət Proqramları çərçivəsində investisiya layihələrinin natamam olması, bəzən isə həmin layihələrin tam olaraq icra olunmaması ilə də şərtləndirilir.

Hal-hazırda İqtisadiyyat Nazirliyi xüsusi işçi qrupları vasitəsi ilə icra olunmuş Dövlət Proqramlarının monitorinqini aparır və real vəziyyət öyrənilməkdədir. Qarşıda “2030 Gündəiyi”nin vacib çağırışlarını da nəzərə alaraq həyata keçirilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları”nınMilli Məclisin deputatlarının da iştirakı ilə Hökumətlərarası Komissiyanın yaradılması və görülməsi vacib hesab olunan yarımçıq qalmış işlərin tamamlanmasına dair konkret, icrası mümkün olan təkliflərin reallaşması prosesi sürətləndirilməlidir.

Məzahir Əfəniyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı