Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək

26 Noyabr 2021 09:16 (UTC+04:00)

Bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. SİA xəbər verir ki, görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.