Yenə də dəm qazından zəhərlənmə?

26 Noyabr 2021 08:50 (UTC+04:00)

Bakının Binəqədi rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Allahverdiyeva Aytən Şahin qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.