Göyçayda evdə yanğın olub

26 Noyabr 2021 08:46 (UTC+04:00)

Göyçay rayonunun Qarayazı kəndində yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 136 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.