Bu ölkədəkilər İsrailə gələ bilməz...

26 Noyabr 2021 06:09 (UTC+04:00)

İsrail regionda B.1.1.529-un yeni növ koronavirusunun aşkarlanması ilə əlaqədar israillilərin səfəri qadağan edilən ölkələr siyahısına Cənubi Afrikanı və daha altı Afrika ölkəsini əlavə edib. SİA xəbər verir ki, bu barədə İsrail Baş naziri Naftali Bennetin mətbuat xidməti bildirib.

Açıqlamada qeyd olunub: "Xarici ölkədə koronavirusun yeni B.1.1.529 ştammının aşkar edildikdən sonra Baş nazirin keçirdiyi iclasa nəticələrinə əsasən, Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya və Esvatininin (israillilərin səfəri qadağan edilən) "qırmızı ölkələr" siyahısına daxil edilməsi qərara alınıb. Bu ölkələrdən olan əcnəbilər İsrailə daxil ola bilməyəcək".

Bildirilib ki, "bu ölkələrdən İsrailə qayıdan bütün [İsraillilər] üçüncü doza ilə peyvənd edilənlər də daxil olmaqla, otellərdə yeddi gün karantində qalacaqlar".