1 manat 50 qəpiyə kirayə ev…

26 Noyabr 2021 05:33 (UTC+04:00)

Isveçin dünyaca məşhur mebel firmalarından biri maraqlı kampaniya ilə diqqət çəkib.

Firma məhsullarını reklam etmək üçün Yaponiyanın paytaxtı Tokionun ən bahalı rayonlarından biri olan Şinjukuda 10 kvadratmetrlik mənzil icarəyə götürüb və onu öz məhsulları ilə təchiz edib.

Firma bu mənzili cəmi 99 yenə, yəni 1 manat 50 qəpiyə kirayə verir.

Bildirilib ki, “Kiçik evlər” kampaniyasının məqsədi çoxməqsədli məhsulların dar məkanlarda belə rahat həyat təklif edə bildiyinə diqqət çəkməkdir.

Mənzilin birinci mərtəbəsində mətbəx, paltaryuyan maşın sahəsi, hamam və tualet yerləşir. Kirayəçi namizədlər dekabrın 3-dək müraciət edə bilərlər. Evi kirayə götürmək hüququ qazanacaq şəxs 2023-cü ilə qədər mənzildə yaşaya biləcək.