Regional təhlükəsizlk müzakirə edilib

26 Noyabr 2021 03:22 (UTC+04:00)

Almaniya kansleri vəzifəsini müvəqqəti icra edən Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı Minsk razılaşmalarının həyata keçirilməsi üçün Normandiya formatında işi davam etdirmək barədə razılığa gəlinib.

Merkel və Zelenski Ukraynanın şərqindəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Kansler Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.