Pakistan ballistik raketini sınaqdan keçirib

26 Noyabr 2021 02:10 (UTC+04:00)

Pakistan “Shaheen-1A” yer-yer tipli ballistik raketini uğurla sınaqdan keçirib.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sınaq uçuşu raket sisteminin bəzi dizayn və texniki parametrlərini yenidən yoxlamaq məqsədilə həyata keçirilib.