Avropa İttifaqına giriş qaydaları dəyişir

26 Noyabr 2021 01:43 (UTC+04:00)

Yoluxmaların artması səbəbindən Avropa İttifaqına giriş qaydaları yaxın vaxtlarda dəyişdiriləcək.

SİA-nın xəbərinə görə, bu barədə İttifaqın Səhiyyə məsələləri üzrə komissarı Stella Kiriakides məlumat verib.
“Qış çox ağır olacaq. Dekabr və yanvarda xəstəxanaların üzərinə böyük yük düşəcək. Bir neçə gündən sonra Avropa İttifaqı sərhədlərini keçmək üçün qaydalar dəyişdiriləcək”, - deyə avrokomissar İspaniyanın “La Razon” qəzetinə müsahibəsində bildirib.

Kiriakidesin sözlərinə görə, infeksiyanın yayılmasının qarşısını almaq üçün vaksinasiya səviyyəsi aşağı olan ölkələr ciddi tədbirlər görməlidir.