Avropada qazın qiyməti yenidən ucuzlaşıb

26 Noyabr 2021 01:29 (UTC+04:00)

Avropada qaz fyuçerslərinin qiyməti ucuzlaşıb.

SİA "Report"a istinadən xəbər verir ki, bunu ICE birjasının məlumatları təsdiq edir.

Belə ki, ticarət sessiyasının sonunda qiymət 1,6% azalaraq min kubmetr üçün 1 071,2 ABŞ dolları təşkil edib.

Qeyd edilir ki, ticarət sessiyasının açılışında Niderlandın TTF indeksinə əsasən dekabr ayı qaz fyuçerslərinin qiyməti 1 083,7 ABŞ dolları təşkil edib. Bundan sonra qiymət artaraq 1 096,8 ABŞ dolları olub. Sessiyanın bağlanışında isə qiymət enməyə başlayıb.