Münasibətlərin inkişafına dair yeni addımlar

25 Noyabr 2021 22:49 (UTC+04:00)

İranın xarici işlər nazirinin müavini Əli Baqiri sosial media hesabında verdiyi açıqlamada BƏƏ-nə səfəri çərçivəsində baş tutan görüşlərə toxunub. SİA bu barədə türk mətbuatına istinad edir.

BƏƏ prezidentinin siyasi əlaqələr üzrə müşaviri Ənvər Qarqaş və dövlət naziri Xəlifə Şahin əl-Mararla görüşdüyünə diqqət çəkib. İran-BƏƏ münasibətlərində yeni səhifə açmaq mövzusunda razılaşdıqlarını vurğulayıb.

Qeyd edək ki, BƏƏ-nin rəsmi xəbər agentliyi VAM da Baqerinin BƏƏ-nə səfəri zamanı Qarqaş və Mararla keçirdiyi görüşlərdə ortaq maraqlar çərçivəsində mehriban qonşuluğa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mövzusunda mütabiq qalındığına diqqət çəkib.