Əfqanıstanda beş uşaq həlak olub...

25 Noyabr 2021 22:15 (UTC+04:00)

Əfqanıstanın şimal-qərbindəki Taxar əyalətində minanın partlayışı nəticəsində beş azyaşlı ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, xəbəri “Aamaj News” yayıb.

Regionun İnformasiya və Mədəniyyət İdarəsi rəisinin sözlərinə görə, hadisə vilayətin mərkəzi rayonlarından birində – Talukan şəhərində baş verib. Bir qrup azyaşlı partlayıcı qurğunu satış məqsədi ilə şəhərə aparmaq istəyərkən mina partlayıb.