"Qarabağ" - "Omoniya" matçı başlayıb - Konfrans Liqası

25 Noyabr 2021 21:45 (UTC+04:00)

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunu start götürüb. SİA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:45-də başlayıb.

Görüşü danimarkalı FIFA referisi Morten Krox idarə edir.