Afrika İttifaqının Somalidəki Missiyasının (AMISOM) maşın karvanına hücum təşkil edilib.
SİA-nın əldə etdiyi xəbərə görə, Afrika İttifaqının Somalidəki Missiyasının (AMISOM) maşın karvanına təşkil edilən hücum nəticəsində ilk məlumatlara görə aralarında mülki vətəndaşlar da olmaqla 8 nəfər həyatını itirib. 23 nəfər yaralanıb. Hücumun “Əş-Şəbab” təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Xatırladaq ki, Əl-Şəbab Somalidə tez-tez təhlükəsizlik qüvvələrini və dinç əhalini hədəfə alan hücumlar törədir.