“Halal məhsulu müsəlmandan çox, olmayan seçir”,

25 Noyabr 2021 21:49 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan halal sənədli məhsul və xidmətlərin təmiz və sağlam olmaq üçün istər müsəlmanlar, istərsə digər inanclara mənsub insanlar tərəfindən get-gedə daha çox seçildiyini vurğuladı. SİA bu barədə türk mətbuatına istinad edir.

VIII İslam Əməkdaşlıq Təşkilatı Halal Ekspo (Expo) Sərgisi və VII Dünya Halal Zirvə Görüşünün açılış mərasimi oldu.

İstanbul Konqres Mərkəzində təşkil edilən sərgi və tədbirin açılış mərasiminə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan məktub göndərərək bildirdi: “Halal sənədli məhsul və xidmətlər təmiz və sağlam olmaq üçün istər müsəlmanlar, istərsə digər inanclara mənsub insanlar tərəfindən get-gedə daha çox seçilməkdədir. Nəhəng bir böyüklüyə çatan bu sektorda həm istehlakçının halal sənədli məhsul və xidmətlərə etibarlı şəkildə müraciətini təmin edir, həm də bu məhsul və xidmətlərin beynəlxalq ticarətdə dövriyyəsini asanlaşdırırıq. Bu məqsədlə 2010-cu ildən fəaliyyətə başlayan İslam Ölkələri Standartlar və Texnologiya İnstitutunun (İslam Ülkeleri Standartlar ve Teknoloji Enstitüsü) çox əhəmiyyətli rol oynadığını görürük. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin hamısını bu instituta üzv olmağa, beləcə, halal sənədləşdirmədəki ayrı-seçkiləri, narazılıq və inamsızlıqları ortadan qaldırmağa dəvət edirik.

Halal sənədli məhsul və xidmətləri ticarətində əməkdaşlığımızı artırdıqca bundan bütün bəşəriyyət fayda qazanar.

Türkiyə olaraq təxminən 3 il əvvəl ölkəmizə qazandırdığımız Halal Akreditasiya Təşkilatıyla (Helal Akreditasyon Kurumu - HAK) ilə bu məsələyə verdiyimiz əhəmiyyəti göstərdik. Yenə bu çərçivədə İstanbulda institutun istifadəsinə verəcəyimiz xidmət binasının inşaatında son mərhələyə gəldik. Ən qısa zamanda fiziki, insani və texniki hazırlıqları tamamlayaraq bu binanı İslam dünyasının xidmətinə təqdim edəcəyik.

Bütün dünyada yeni tip koronavirus (Covid-19) epidemiyası ilə birlikdə sağlam, təmiz və etibarlı qidaya dair narahatlıqların artdığı bir dövrdə təşkil edilən bu tədbirin öz sahəsində bir dönüş yaradacağına inanırıq”.