Merkel Belarusu ittiham edib MİQRASİYA BÖHRANI YARATMAQDA

25 Noyabr 2021 19:30 (UTC+04:00)

Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel Belarusla sərhəddə vəziyyətin Minsk tərəfindən yaradıldığını və Varşava ilə tam həmrəy olduğunu bildirib. SİA xəbər verir ki, Merkel bu sözləri Berlində Polşanın baş naziri Mateuş Moravetski ilə keçirdiyi mətbuat konfransında söyləyib.

“Almaniya tərəfdən Polşanın baş nazirilə tam həmrəy olduğumuzu bildirdik... Biz əminik ki, vəziyyət Belarusun da miqrantları hibrid hücum ruhunda aldatması ilə təhrik edilib və təkcə Polşanı zəiflətmək istəmirlər, bütün Aİ-nə zəiflətmək istəyirlər. Ona görə də bir tərəfdən Polşa ilə tam həmrəylik, digər tərəfdən bunun Aİ və Belarus arasında bir mövzu olduğu tamamilə aydındır”, deyə Merkel bildirib.

O, əlavə edib ki, Belarus prezidenti Aleksandr Lukaşenko ilə bu mövzuda telefon danışıqları olub, “razılaşdırılıb” və o, “bunu Polşanın baş naziri ilə də müzakirə edib”.

Xatırladaq ki, son bir neçə həftə ərzində bir neçə min miqrant Aİ ölkələrinə getmək ümidi ilə Belarus və Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq, sərhəd təhlükəsizliyini gücləndirib, ordunu cəlb edib və qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb. Belarus isə bütün bu ittihamları Polşanın miqrantları zorla qovduğunu iddia edərək rədd edir.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, Minsk bundan sonra Aİ ölkələrinə qanunsuz miqrant axınının qarşısını almayacaq. Belarus sərhədçiləri Litva, Polşa və Latviya tərəfindən miqrantların Belarus ərazisinə zorla qovulması barədə dəfələrlə bəyan ediblər.