Fövqəladə rejim tətbiq ediləcək KORONAVİRUSLA ƏLAQƏDAR

25 Noyabr 2021 19:19 (UTC+04:00)

Ölkədəki çətin epidemioloji vəziyyətlə əlaqədar olaraq, cümə axşamı günü Çexiya hökuməti cümə günündən, noyabrın 26-dan fövqəladə vəziyyət tətbiq etmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə Çexiya televiziyası məlumat yayıb.

“Çexiya Nazirlər Kabinetinin noyabrın 26-dan tətbiq etdiyi fövqəladə vəziyyət rejimi, xüsusən, birinci mərhələdə 1000-dən çox insanın iştirakı ilə keçirilən kütləvi mədəniyyət və idman tədbirlərinin ləğvini, restoranların, barların bağlanmasını nəzərdə tutur. Yalnız küçələrdə Milad bazarlarına icazə verilir. Bütün bunlar və bəzi digər tədbirlər yalnız fövqəladə rejimdə həyata keçirilə bilər", deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, çərşənbə axşamı Çexiyada sutka ərzində koronavirusa yeni yoluxan xəstələrin sayına görə yeni antirekord qeydə alınıb. Ölkədə bu yoluxma 25 864 nəfər olduğu bildirilir. Çexiya televiziyasının məlumatına görə, hazırda respublika yeni yoluxan xəstələrin sayına görə Slovakiyadan sonra dünyada ikinci yerdədir.

Qeyd edək ki, noyabrın 22-dən etibarən Çexiyada peyvənd olunmayan və koronavirusa yoluxmayan vətəndaşlar üçün karantin rejimi artıq qüvvədədir.