İsrailin Azərbaycandakı səfiri Ağdama səfər edib

25 Noyabr 2021 17:11 (UTC+04:00)

Bu gün İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov özünün tviterdəki hesabında yazıb.

O qeyd edib ki, səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib.