Şahmatçılarımız Serbiyada beynəlxalq turnirdə iştirak edirlər

25 Noyabr 2021 16:50 (UTC+04:00)

Şahmatçılarımız Serbiyanın Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edirlər. SİA xəbər verir ki, turnirdə Azərbaycan təmsilçiləri Fərid Orucov və Rəşad Həsənov mübarizə aparırlar. Ötən beş turun nəticəsinə görə F.Orucov 2 xal, R.Həsənov isə 1,5 xal qazanıblar.

Yarış İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir.