Hind okeanında araşdırma aparan ispan alim Mario Lebrato maraqlı görüntülər paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Lebratonun paylaşdığı görüntülərdə bədəninin yarısı olmadan ova davam edən bir köpəkbalığı var.
Lebratonun lentə aldığı köpək balığına “Zombi” adını verdilər. Bu görüntüləri dəyərləndirən Lebrato köpəkbalığının hücuma məruz qalmasına baxmayaraq ovlamağa davam etməsini və bədəninin yarısı olmadan yaşamasını inanılmaz hesab edib.